Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şəhid ailəsi Ramazan bayramı münasibətilə ziyarət edilib

02.05.2022

02 may 2022-ci il tarixdə Cəlilabad rayon Bayxanlı kənd klubu, Novruzallı və Məlikqasımlı kənd kitabxanalarının əməkdaşları Vətən müharibəsi şəhidi Məmmədov Rəvan İntiqam oğlunun ailəsini ziyarət edib, ailəyə bayram sovqatı çatdırıblar.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, həmçinin döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il, 18.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Məmmədov Rəvan İntiqam oğlu ölümündən sonra " Vətən uğrunda" , "İgidliyə görə" medalları ilə təltif edilib.