Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Dövlət Rəsm Qalereyasında “ART Zone” rəngkarlıq simpoziumunun sərgisi açılıb

01.05.2022

1 - 20 may tarixlərində Masallı Dövlət Rəsm Qalereyasında 5-ci “ART Zone” simpoziumunun iştirakçıları tərəfindən Masallıda kətana köçürülmüş rəngkarlıq əsərləri sərgilənəcək. 

Məlumat üçün qeyd edək ki, “ART Zone” simpoziumu Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın şəxsi təşəbbüsü və dəstəyi, “Nəfəs” insanlığa dəstək, "Avrasiya" beynəlxalq araşdırmalar institutu, "Regional hüquqi və iqtisadi maarifləndirmə" ictimai birliklərinin və “ART Zone” simpoziumunun rəhbəri Şakir Eminbəylinin təşkilatçılığı ilə həyata keçirilir. 

“ART Zone” simpoziumunun keçirilməsində məqsəd ölkənin mədəni həyatına fərqli baxış və yeniliklər gətirmək, ölkədə rəngkarlıqla məşğul olan fırça ustalarını tanıtmaq, onlara dəstək göstərmək, həmçinin ölkədə rəssamlıq ənənələrini yaşadaraq, gənc nəsillərə ötürülməsinə töhfə verməkdir.

Əlavə edək ki, sözügedən layihənin iştirakçıları 21 - 28 aprel tarixlərində Masallıda keçirilmiş 5-ci “ART Zone” simpoziumunda iştirak edib, bölgəmizin tarixi abidələri və təbiəti ilə tanış olublar.