Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şəhid ailələri və qazi ziyarət olunub

29.04.2022

Aprelin 26, 27 və 29-da Cəlilabad rayon Novruzallı, Mollalı və Komanlı kənd kitabxana filiallarının əməkdaşları Ramazan bayramı münasibətilə şəhid ailələri və qazini ziyarət ediblər.

Novruzallı kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsi şəhidi Rəvan İntiqam oğlu Məmmədovun ailəsini ziyarət edib, ailəyə bayram sovqatları çatdırıblar.

Komanlı kənd kitabxana filialının əməkdaşları tərəfindən şəhid Fərid Fətəli oğlu Hüseynovun ailəsi ziyarət edilib. Onlar şəhidin övladı Əbülfəzlə görüşərək, ona müxtəlif hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.

Mollalı kənd kitabxana filialının əməkdaşı qazi Elmar Valeh oğlu Vəliyevin ailəsini ziyarət edərək, onlara bayram sovqatı təqdim edib. Söhbət zamanı qazinin anası Nazilə Vəliyeva oğlunun vətənpərvərliyindən söz açıb.