Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri şəhid ailəsinə baş çəkiblər

30.04.2022

Aprelin 30-da Cəlilabad rayon Gülməmmədli kənd Mədəniyyət Evinin və kənd kitabxana filialının əməkdaşları İkinci Qarabağ müharibəsində şəhid olmuş Paşayev Cavid Vəlican oğlunun ailəsini Ramazan bayramı öncəsi sovqatla ziyarət ediblər.

Qeyd edək ki, müharibəyə könüllü yollanan Paşayev Cavid Vəlican oğlu 1997-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olub. 2020-ci ilin oktyabr ayında Qubadlı istiqamətindəki döyüşlərdə şəhid olub.

Göstərdiyi qəhrəmanlıqlara görə, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.