Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa, qayıdışın mübarək”

29.04.2022

Aprelin 29-da Cəlilabad rayon Alar kənd Mədəniyyət Evinin təşkilatçılığı ilə Cəlilabad rayon Alar kənd 2 saylı tam orta məktəbində Şuşa ili ilə əlaqədar "Şuşa, qayıdışın mübarək" adlı tədbir keçirilib. Tədbir sözügedən Mədəniyyət Evinin və kənd kitabxana filialının əməkdaşları, 
kəndin inzibati-ərazi nümayəndəliyi və bələdiyyəsinin işçiləri,
1, 2, 3 saylı məktəblərin müəllim kollektivi və şagirdlərinin iştirakı ilə baş tutub. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ərazi bütövlüyümüz uğrunda həyatlarını itirmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan 2 saylı tam orta məktəbin direktoru Tahir Əskərov tədbir iştirakçılarını salamlayaraq, Prezidentimiz cənab İlham Əliyevin bu ili "Şuşa ili" elan etməsini iştirakçıların  nəzərinə çatdırmaqla, Şuşanın Azərbaycanın Mədəniyyət  paytaxtı elan olunduğunu vurğulayıb.

Sonra kənd inzibati-ərazi nümayəndəsi Hafiz Kərimov çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin fədakar əməyi və ordumuzun şücaəti ilə 44 günə 30 illik həsrətə son qoyulduğunu qürurla qeyd edib.

Daha sonra Rayon Gənclər İdman İdarəsinin rəisi Elçin Hüseynov müasir gənclərinizlə qürur duyduğunu söyləyərək 44 günlük savaşda gənclərimizin misilsiz şucaətindən, qəhrəmanlığından söz açıb.

Çıxışların sonunda İnsan Hüquqları Cəmiyyətinin sədri Ziya İsmayılov tədbirin rəngarənliyinə, təşkilatçılığın möhtəşəmliyinə görə  əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə 2 saylı məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər və Səməd Vurğunun "Vaqif" dramından parçalar səsləndirib, rəqs nümunələri nümayiş etdiriblər. 

Mədəniyyət Evinin hazırladığı maraqlı konsert proqramı ilə davam edən tədbir iştirakçılarda xoş təəsürat yaradıb.