Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda tədbir keçirilib

29.04.2022

Aprelin 29-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın xilaskarı” mövzusunda tədbir keçirilib. Tədbirdə hakim partiya funksionerləri, fəal gənclər, mədəniyyət işçiləri, məktəblilər iştirak ediblər.

İlk öncə, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, elm və təhsilinin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. O, ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.

Çıxış edən digər natiqlər, Azərbaycanın Heydər Əliyev rəhbərliyi altında keçmiş uzun bir tərəqqi yolundan, Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən amillərdən, xalqa, Vətənə daim xidmət etmiş dahi şəxsiyyətin siyasi mübarizliyi, müdrikliyi, praqmatizmi, dövlət idarəçiliyində ustalıq, milli və mədəni dəyərləri hər zaman üstün tutması və digər örnək xüsusiyyətlərindən danışıblar. Çıxışçılar vurğulayıblar ki, dahi liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmiz ən qabaqcıl respublikalardan birinə çevrilib və bu gün də Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin başçılığı ilə inamla irəliləyir.

Sonra tədbir iştirakçıları azyaşlı məktəblilər ifasında Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndiriblər.

Sonda xatirə şəkilləri çəkilib.