Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Mədəniyyət Mərkəzində növbəti xidməti müşavirə keçirilib

27.04.2022

Aprelin 27-də N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində gündəlikdə duran məsələlər və qarşıdakı vəzifələrin müzakirəsinə həsr olunmuş növbəti xidməti müşavirə keçirilib. Müşavirədə rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan Mədəniyyət Evi və klubların əməkdaşları iştirak edib.
 
Mərkəzin direktoru Vəkil İsmailov müşavirədə müəssisələrin fəaliyyətinin müxtəlif istiqamətlərinə toxunub. V.İsmailov icra və əmək intizamı, həmçinin mədəni məzmunla bağlı bir sıra vacib məqamları müzakirəyə çıxarıb, qarşıda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri və digər mühüm məsələlərlə bağlı müəssisə rəhbərlərinə tapşırıqlar verib.
 
Sonra Mərkəzin əməkdaşları Taleh Mikayılov və Sakit Müslümov müzakirə olunan mövzulara dair mülahizələrini ifadə ediblər.
 
Çıxışlardan sonra suallar cavablandırılıb.