Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Biz, şəhidlərimizlə qürur duyuruq”

27.04.2022

Aprelin 27-də İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdləri Masallı rayon Mərkəzi Kitabxanasında olublar. 

Kitabxana direktoru Əlhəddin Nəzərov torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman oğulların əziz xatirəsinə həsr edilmiş sərgi önündə şagirdləri maraqlandıran sualları cavablandırıb. O, şəhidlərin şərəfli döyüş yolu haqqında şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, qəhrəmanlarımızı yad etmək, onların xatirəsinin əziz tutulması daim diqqət mərkəzindədir.