Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda şəhid ailəsi Ramazan bayramı münasibətilə ziyarət olunub

29.04.2022

Aprelin 29-da Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsində şəhid olmuş Əbilov Nurlan Fərrux oğlunun ailəsini bayram sovqatı ilə evində ziyarət ediblər.
 
Qeyd edək ki, şəhid Nurlan Əbilov 2 avqust 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. O, atasını uşaqikən, anasını isə 23 yaşında itirib. Nurlan Əbilov orta təhsilini bitirdikdən sonra Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olunub. Ailəli idi, 5 və 3 yaşlı iki oğlu yadigar qalıb.
  
Şəhid Əbilov Nurlan Fərrux oğlu döyüşlərdə göstərdiyi şücaətlərə görə ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təlif olunub.