Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Böyük ömrün anları” adlı tədbir

29.04.2022

Aprelin 29-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə "Böyük ömrün anları" adlı tədbir keçirilib. Tədbir Mərkəzin kollektivinin, Yardımlı rayon Osnəkəran orta məktəbinin müəllim və şagirdlərinin, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyevin iştirakı ilə baş tutub. 

Əvvəlcə, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Sonra tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə tarixin müxtəlif zamanlarında öz doğma xalqı üçün misli görünməmiş işlərə imza atan Heydər Əliyevin dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib. 

Daha sonra Ayaz Əliyev mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. A.Əliyev Azərbaycanı dahi şəxsiyyətin "Şah əsəri" adlandırıb. 

Qonaqlar Mərkəzin əməkdaşlarının müşayiəti ilə "Şuşa - 270!", "Heydər Əliyev və mədəniyyət" sərgiləri ilə və ulu öndərin zəngin dövlətçilik fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.

Sonda "Dahi şəxsiyyət" filmi nümayiş olunub.