Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ömürlərə nur saçan həkim” adlı dəyirmi masa keçirilib

28.04.2022

Aprelin 28-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində alim, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi münasibətilə "Ömürlərə nur saçan həkim" adlı dəyirmi masa təşkil olunub. Tədbirdə Mərkəzin kollektivi, rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Himayət Mahmudov və tibb müəssisəsinin digər əməkdaşları iştirak edib. 

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəmanlarımızın, ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın xatirələrini bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. 

Sonra tədbirdə çıxış edənlər - Mərkəzin əməkdaşları Aqil Ağayev və Zeynəb Məmmədzadə Azərbaycan tibb elminə əvəzsiz töhfələri ilə yaddaşlara əbədi həkk olunmuş Zərifə xanım Əliyevanın şərəfli ömür yolu haqqında geniş məlumat veriblər.

Daha sonra tədbirdə iştirak edən Himayət Mahmudov tibb sahəsindəki uzunmüddətli səmərəli əmək fəaliyyətinə və tədbirdə iştirak etdiyinə görə rayon Heydər Əliyev Mərkəzinin "Təşəkkürnamə"si ilə təltif olunub.

Zərifə xanım Əliyeva haqqında videoçarx izlənildikdən sonra tədbirə yekun vurulub.