Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir”

28.04.2022

Aprelin 28-də Cəlilabad rayon Ləkin kənd kitabxana filialında məktəblilərin iştirakı ilə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir" adlı tədbir keçirilib.

İlk öncə, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitabxanaçı Məmmədağa Məmmədov çıxışında qeyd edib: "Vətənin müdafiəsi, üçrəngli bayrağımızın və torpaqlarımızın bütövlüyü, azadlıq və istiqlaliyyəti uğrunda canını qurban vermiş qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Birinci və İkinci Qarabağ müharibələrində xalqımızın neçə-neçə vətənpərvər, cəsur, mərd oğulları, qızları Qarabağımızın hürriyyətə qovuşması üçün qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldılar. İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdə, 30 il sonra geri alınan torpaqlarımızın hər qarışında igidliklə vuruşaraq şəhid olan 3000-ə yaxın şəhidin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi vardır".