Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zərifə Əliyeva ömrünün işığı”

28.04.2022

Aprelin 28-də Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşları şəhid İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbində dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Zərifə Əliyeva ömrünün işığı" adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Kitabxana əməkdaşı Nahidə Fərəcova akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişaf yolundakı səmərəli fəaliyyəti və möhtəşəm xidmətlərindən söz açıb. O, qeyd edib ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün kamillik və müdriklik məktəbidir. 
   
Kitabxananın digər əməkdaşı Bilqeyis Məmmədova görkəmli alimin həyatı və tibb sahəsindəki fəaliyyəti haqqında məruzə edərək, diqqətə çatdırıb ki, oftalmoloq-alim 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Z. Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. O, vurğulayıb ki, görkəmli alim "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.