Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi yad olunub

27.04.2022

Aprelin 27-də Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin təşəbbüsü ilə Yardımlı rayon Ostair kənd tam orta məktəbində Birinci Qarabağ müharibəsi zamanı zşəhidlik zirvəsinə ucalmış şəhid İmanov Mahir Alıxan oğlunun anım günü keçirilib. Anım tədbirində şəhidin qohumları, Muzeyin əməkdaşları və məktəbin kollektivi iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Muzeyin əməkdaşı Əlisəfa Əhmədoğlu bildirib ki, Mahir Alıxan oğlu İmanov 16 may 1971-ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində dünyaya göz açıb. O, 16 avqust 1992–ci ildə ordu sıralarına yazılıb və 1994-cü ilin martında ağır döyüşlərdən birində düşmən tanklarını heyəti ilə birlikdə məhv edib. Mahir 27 aprel 1994-cü ildə Tərtər rayonunun Qırmızıkənd yaşayış məntəqəsi istiqamətində hücuma keçmiş erməni silahlılarının qarşısını alarkən şəhid olub. Şəhid Mahir İmanovun adını əbədiləşdirmək üçün oxuduğu məktəbə onun adı verilib. 

Daha sonra məktəbin direktoru Asəf Əliyev, məktəbin müəllimi Vahid Səfərov və Muzeyin əməkdaşı İlqar Həsənov çıxışlarında şəhidin həyatı və şərəfli döyüş yolundan bəhs ediblər. Şəhidin qardaşı Arzuman İmanov tədbirin təşkilinə görə Muzeyin kollektivinə öz minnətdarlığını bildirib.

Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət ediblər.