Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Zərifə Əliyeva - 99!” adlı dəyirmi masa

26.04.2022

Aprelin 26-da Yardımlı rayon Mərkəzi Kitabxanasında M.F.Axundov adına Yardımlı şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə görkəmli ictimai-siyasi xadim, tanınmış oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Zərifə Əliyeva - 99!” adlı dəyirmi masa keçirilib. 

Tədbiri giriş sözü ilə açan Kitabxananın şöbə müdiri Eldəniz Heydərov alimin mənalı ömür yolu haqqında geniş məlumat verib. E.Heydərov qeyd edib ki, Azərbaycanın görkəmli alimi, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib və oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. 

Sonra Kitabxananın digər şöbə müdiri Vasif Abdulov çıxışında akademik Zərifə Əliyevanın həkimlik, elmi və elmi-təşkilati fəaliyyəti ilə yanaşı, respublikanın ictimai həyatında göstərdiyi böyük xidmətlər haqqında məlumat verib. O, bildirib: ”Alim SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, Ümumittifaq ”Bilik” cəmiyyətinin və SSRİ Oftalmoloqlar Elmi Cəmiyyətinin idarə heyətinin üzvü, ”Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub. Zərifə xanımın elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına öz töhfəsini verib. 

Şagirdlərdən Nurayın Məmmədova və Məhəmməd Lətiflinın mövzu ilə əlaqədar verdiyi suallar cavablandırılıb. 

Tədbir iştirakçıları “Zərifə Əliyeva - 99!” başlıqlı fotostendə baxış keçiriblər. 

Sonda xatirə şəkilləri çəkdirilib.