Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gözlərə nur verən insan” adlı tədbir təşkil edilib

27.04.2022

Aprelin 27-də Cəlilabad rayon Şabanlı kənd Mədəniyyət Evinində akademik Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqədar "Gözlərə nur verən insan" adlı tədbir təşkil edilib. Tədbirdə Şabanlı kənd şəhid Salman Abbasov adına məktəbin kollektivi və Mədəniyyət Evinin işçiləri iştirak ediblər.

Çıxışlarda Akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verilib: "Bu gün böyük oftalmoloq alim, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Zərifə Əliyeva 1923-cü il 28 apreldə Naxçıvanın Şahtaxtı kəndində görkəmli dövlət xadimi, tibb elimləri doktoru, professor Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib. 1977-ci ildə tibb elimləri doktoru alimlik dərəcəsi alan Zərifə xanım Əliyeva oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə görə, 1981-ci ildə o zamanlar ən yüksək mükafata layiq görülən ilk qadın olub. Çoxillik elmi-tədqiqat fəaliyyətindəki böyük xidmətlərinin görə 1983-cü ildə Azərbaycan SSR, Elmlər Akademiyasının Akademiki seçilib".