Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gözlərə işıq verən zərif insan ömrü”

27.04.2022

Aprelin 27-də Cəlilabad rayon Astanlı kənd Mədəniyyət Evində Azərbaycanın məşhur oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın doğum günü ilə əlaqadar kənd məktəb şagirdlərinin iştirakı ilə "Gözlərə işıq verən zərif insan ömrü" adlı tədbir keçirilib. 

Tədbiri çıxış edən Mədəniyyət Evinin metodisti Raqil Rəhimov oftalmologiya sahəsində görkəmli alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın Azərbaycan üçün gördüyü misilsiz xidmətlərdən danışıb. Zərifə xanım Əliyevanın zəngin elmi irsinin bu gün də aktual olduğunu bildirərək, elmi-pedaqoji-ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə, Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıb. Metodist R.Rəhimov bildirib ki, kitabxana fondlarında qorunan, Zərifə Əliyevanın zəngin elmi irsini özündə əks etdirən dəyərli kitablar bu sahənin mütəxəssislərinin, gələcəyin alimlərinin yararlandığı misilsiz töhfədir. “Zərifə xanım Heydər Əliyev kimi dahi liderin sədaqətli həyat yoldaşı, mənəvi dayağı və əsl dostu idi. O, Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq”, - deyə R. Rəhimov bildirib.