Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nura can atan böyük qəlb sahibi”

27.04.2022

Aprelin 27-də Cəlilabad rayon Sabirabad kənd klubunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Nura can atan böyük qəlb sahibi" adlı tədbir keçirilib. Tədbirdə klubun, kənd kitabxana filialının əməkdaşları və Nizami Məmmədov adına Sabirabad kənd 1 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Sonra Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova çıxış edərək, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib: "Zərifə xanım vəfalı ömür gün yoldaşı, gözəl ana olmaqla yanaşı, həm də istedadlı alim idi. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır".

Daha sonra Sabirabad kənd tibb məntəqəsinin əməkdaşı Azadə Bağırova çıxışında qeyd edib: "Zərifə xanım vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Zərifə xanım yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir".

Sonda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı suallar cavablandırılaraq, tədbirə yekun vurulub.