Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə toplantı keçirilib

27.04.2022

Aprelin 27-də Masallı şəhərində 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə toplantı keçirilib. Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin təşəbbüsü ilə keçirilmiş tədbirdə Masallıda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.

N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində təşkil edilmiş toplantıda yerli həmkarlar komitəsinin sədri Vəkil İsmailov çıxış edərək, mədəniyyət sahəsində adekvat əmək şəraiti və əmək şərtləri, əməyin mühafizəsi, işçi hüquqları üzrə həyata keçirilmiş məqsədyönlü tədbirlər, həmçinin mövzuya dair əmək qanunvericiliyində təsbit olunmuş müvafiq normalardan söhbət açıb. 

Sonra tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.