Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Heydər Əliyev və mədəniyyət” mövzusunda tədbir keçirilib

27.04.2022

Aprelin 27-də N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 99 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və mədəniyyət” mövzusunda tədbir keçirilib. Tədbirdə hakim partiya funksionerləri, partiya fəalları və mədəniyyət işçiləri iştirak edib.

Əvvəlcə, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə natiqlər ümummilli lider Heydər Əliyevin hakimiyyət illərində mədəniyyət sahəsində dövlət siyasətinin əsas cəhətləri, bu illər ərzində baş vermiş mühüm mədəniyyət yenilikləri və müvafiq sahəni əhatə etmiş dövlət qayğı sistemindən geniş danışıblar.

Çıxışlarda ulu öndər tərəfindən müvafiq sahənin inkişafına əmək sərf etmiş görkəmli mədəniyyət və incəsənət adamlarının xidmətlərinin yüksək qiymətləndirilməsi mədəniyyət sahəsinə böyük mesenat dəstəyi kimi xarakterizə edilib.