Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələri və qazilər ziyarət edilib

26.04.2022

Aprelin 26-da Cəlilabad rayon Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Cəlilabad rayon komitəsinin birgə təşkilatçılığı ilə müqəddəs Ramazan bayramı münasibətilə şəhid Quliyev Fərid Ayazxan oğlunun ailəsi və qazi Fərzəliyev Əbülfəz Əlizadə oğlu sovqatla evlərində ziyarət olunub.

Qeyd edək ki, şəhid F.Quliyev Dövlət Sərhəd Qoşunlarında xidmət edib. Vətən müharibəsində igidliklə döyüşərək, şəhidlik zirvəsinə ucalıb.

Qazi Ə.Fərzəliyev Vətən müharibəsinə könüllü yollanıb. O, cəbhənin müxtəlif istiqamətlərində qəhrəmanlıq göstərib, döyüşlərdə ağır yaralanıb.