Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nağıl saatı”

26.04.2022

Aprelin 26-da Cəlilabad rayon Çinar və Komanlı kənd kitabxana filiallarında məktəblilərin iştirakı ilə "Nağıl saatı" təşkil olunub.

Kitabxanaçılar məlumat verərək bildiriblər: "Nağılların uşağın inkişafında çox mühüm əhəmiyyəti vardır. Nağıl oxuyarkən, bir tərəfdən uşaqla ünsiyyət qurular, digər tərəfdən də uşağın bütün zehni fəaliyyəti hərəkətə keçər. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq, hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənər. Nağıllar hər zaman haqlının qalib olması, səbirli olanların mütləq məqsədlərinə çatmaları, edilən yaxşılığın əvəzsiz qalmaması, müvəffəqiyyətin zamanla əldə olunacağı mesajlarını verir. Uşaqları gələcəyə hazırlamaq, onların dürüst, mərd insan olaraq yetişmələri üçün uşaq nağıllarının rolu böyükdür".