Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mirzə Ələkbər Sabir - 160!

26.04.2022

Aprelin 26-da Masallı rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan mütəfəkkiri, şair-publisist Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə ilk çıxış edən kitabxana direktoru Əlhəddin Nəzərov bildirib ki, Mirzə Ələkbər Sabir milli ədəbiyyatımızın satira janrında yazan ən parlaq nümayəndəsi olmaqla yanaşı, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi kimi tanınmışdır. 

Sonra Kitabxananın əməkdaşı Şəmsurə Nəsirova diqqətə çatdırıb ki, XX əsrin əvvəllərindən başlayaraq M.Ə.Sabirin şeirləri mətbuat səhifələrində dərc olunub. Qeyd olunub ki, 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunub. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb, onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri olur. Sadə xalqın maariflənməsi kimi həyati missiya həyata keçirən jurnalda Sabirin mütəmadi dərc olunan şeirləri milli şüurun, yeni təfəkkür tərzinin, ictimai rəyin formalaşması üçün münbit şərait, lazımi ab-hava hazırlayırdı. Dahi şairin poetik yaradıcılığında toxunduğu mövzular müasir günlərimizdə belə öz aktuallığını qoruyub saxlayır. Yaradıcılığının həmişə yaşarı, yenilikçi ruhuna, gələcəyə inama, azadlığa, gözəlliyə çağırış notları ilə zəngin olduğuna görə Sabir bütün zamanlarda xalqımızın qəlbində yaşayır. 

Tədbirin sonunda Kitabxananın əməkdaşları Ağahüseyn Hüseyni, Arzu Hüseynova və Aygül Mirzəzadə Sabirin müxtəlif şeirlərini səsləndiriblər.