Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinə qarşı maarifləndirici tədbir keçirilib

25.04.2022

Aprelin 25-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində insan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “İnsan alveri - ümumbəşəri bəla” başlığı altında tədbir keçirilib. Tədbirdə Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Muzeyin direktoru Əntiqə Tağıyeva tədbirdə iştirak edən yeniyetmələrə insan alverinə şərait yaradan sosial problemlərdən, problemin mahiyyətindən, insan alverinin potensial qurbanlarını gözləyən təhlükələrdən və digər vacib məsələlərdən danışıb. 

Sonra məktəblilərin sualları cavablandırılıb.