Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar tədbir keçirilib

23.04.2022

Aprelin 23-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə gənc oxucular iştirak ediblər.

Kitabxananın əməkdaşı Asudə Adışova gənc oxuculara 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün mahiyyətini izah edib. O, çıxışında bildirib: "23 Aprel – dünya ədəbiyyatında simvolik tarixdir. Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso de la Veqa kimi bir sıra görkəmli müəlliflərin vəfat etdiyi gündür. Bu tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək, hər kəsi bəşəriyyətin məkan və zaman sərhədlərini aşaraq ideyalarını paylaşmaq üçün ən gözəl vasitədir. Müəlliflər, naşirlər, müəllimlər, kitabxanaçılar, ictimai və özəl müəssisələr, humanitar QHT-lər və medianın, həmçinin birlikdə işləmək həvəsi olan bütün maraqlı tərəflərin də aktiv şəkildə cəlb olunması ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın hər yerində milyonlarla insanı bir araya gətirən platformaya çevrilib".

Gənc oxucular da öz növbələrində mövzu ilə bağlı çıxış edərək fikirlərini ifadə ediblər.