28.05.2018
May ayının 28-də Masallı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq elmi-praktik konfrans keçirildi. Tədbirin əvvəlində iştirakşılar ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə-tər çiçəklər qoydular. Mövzu ilə bağlı video rolik nümayiş olundu. Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayon sakinlərini Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, XX əsr Azərbaycanın tarixində bir-birini sürətlə əvəz edən və xalqın taleyində həlledici sayılan hadisələrlə zəngin olub. Bu hadisələrin ən yüksək zirvəsi 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir.
Bu il xalqımızın Şərqdə ilk demokratik Respublikanın- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini böyük təntənə ilə qeyd etdiyini vurğulayan R.Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoyduğunu, 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu diqqətə çatdırıb.
Bildirilib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını dövlətçilik tariximizdə parlaq səhifə kimi dəyərləndirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün uğurla inkişaf etdirilir. Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.
Konfransda Bakı Dövlət Universitetinin professoru, rarix elmləri doktoru Anar İsgəndərovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı məruzəsi dinlənilib.
Məruzə ətrafında müzakirələrdə çıxış edən rayondakı “Dəfinə” liseyin müəllimi, tarix elmləri namizədi, “Tərəqqi” medallı Mürvət Abbasov, Əməkdar Mədəniyyət İşçisi, Masallı Rayon Tarix-Diyarşünaslıq Muuzeyinin direktoru Əntiqə Tağıyeva, Aprel döyüşlərinin iştirakçısı, Qodman kənd ərazi icra nümayəndəsi Əziz Cahangirzadə, Masallı Dövlət Regional Kollecin direktoru,”Tərəqqi” medallı Vidadi Nəzərov Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza irs qoyduğu dövlətçilik ənənələrindən, Müüstəqil Azərbaycan Respublikasının həyatımızın bütün sahələrində qazandığı uğurlardan danışıblar.