Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

23 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günüdür

22.04.2022

Aprelin 22-də İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbində 23 Aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar tədbir keçirilib. 

Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Gülər Piriyeva bildirib ki, kitab və müəlliflik yaranma anından ayrılmaz təmasda olaraq, bir-birini tamamlayan anlayışlar, məfhumlardır. Əslində isə müəlliflik hüququ əsər anlayışı ilə bağlı olduğundan onun tarixi daha qədimdir. İnsan mədəniyyətinin və biliklərinin uzaq keçmişindən bəhrələnən məhsuldur. O, şagirdlərin diqqətinə çatdırıb ki, antik zamanlardan yazının kəşfi, heroqlifik yazının əlifba yazısına çevrilməsi şəxsi müəlliflik dərketməsini təsdiqləmişdir. Elə bu səbəbdən də tam haqlı olaraq, müəlliflik hüquqlarının başlanğıcları antik zamanlardan hesablanır. Müəlliflik hüququnun formalaşması isə məhz XV əsrdə kitab nəşri və tipoqrafiya işinin ixtirası ilə bağlıdır. Vurğulayıb ki, YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel tarixi Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ədəbiyyatımızın, mədəniyyətimizin qorunması, eləcə də kitab nəşri müəlliflik hüquqlarının qorunması sahəsində ardıcıl tədbirlər həyata keçirmişdir. Ulu öndərin qayğısı ilə Azərbaycanda mətbəə və nəşriyyat yenidən qurulmuş, kitab nəşri ilə əlaqədar nəşriyyatların maddi-texniki bazası yaxşılaşmışdır. Bunlarla yanaşı həmçinin, yaradıcı insanlara qayğı və diqqət artırılmış, kitab nəşri və müəlliflik hüququ sahəsində zəngin qanunvericilik bazası yaradılmışdır.