Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Mərkəzi Kitabxanasında kitab sərgisi

19.04.2022

Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Masallı rayon Mərkəzi Kitabxanasında və kitabxana filiallarında silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq aprelin 19-da Mərkəzi Kitabxananın qarşısında kitab sərgisi keçirilib. 

Sərgidə "Azərbaycan xalqının qüdrətli oğlu", "Heydər Əliyevin şah əsəri Azərbaycan", "Ordumuzun zəfər yürüşü", "Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır" və "Yeni kitablar" başlığı altında bir çox kitablar yer almışdır. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, ordumuzun Qarabağ zəfərindən və "Şuşa İli" ilə bağlı olan kitablar kitabxana önündən keçən insanlarda çox böyük maraq oyadıb. Müxtəlif yaş qrupuna və peşəsinə malik olan oxucular arasında Vətən müharibəsi iştirakçıları da olmuşdur. Vətən müharibəsi qazisi Rəvan Abbasov, Vətən müharibəsi veteranı Murad Zeynalov və Tapdıq Sadıqov bu əsərlərlə yaxından tanış olaraq, maraq göstərdikləri kitablara abunə olublar.