Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir baş tutub

21.04.2022

Aprelin 21-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən “Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir baş tutub. Belə ki, Vətən müharibəsi iştirakçılarının məktəblilərlə görüşü bu dəfə N.Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində təşkil olunub. Tədbirdə mədəniyyət işçiləri, Vətən müharibəsi qaziləri, məktəbin müəllim və şagirdlər iştirak ediblər.

Məktəbə qonaq gələn Vətən müharibəsi iştirakçıları məktəblilər tərəfindən böyük coşğu və sevgi ilə qarşılanıblar. Tədbir iştirakçıları ilk öncə məktəbin ərazisində ucaldılan "Şəhidlər" abidəsini ziyarət edərək, önündə gül dəstələri düzüblər.

Tədbirdən öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin başlanması, ordumuzun qazandığı uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verib. O, qeyd edib ki, Vətən müharibəsində qazandığımız böyük Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və igidliyi, fədakarlığı, Vətən uğrunda göstərdiyi misilsiz cəsarət sayəsində mümkün olub. Ə. Tağıyeva torpaqlarımız uğrunda sağlamlığını itirən qazilərin hər bir ölkə vətəndaşı üçün igidlik örnəyi olduğunu xüsusi vurğulayıb.

Sonra çıxış edən Vətən müharibəsi iştirakçıları Tapdıq Sadıqov, Taleh Qəzənfərli, Murad Zeynalov, Rəvan Abbasov, Orxan Əlirzayev, Cahangir Məmmədov keçdikləri çətin, şərəfli döyüş yolundan, müharibədə şəhid olmuş əsgər yoldaşları və döyüşlər barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. 

Daha sonra tədbir iştirakçıları şagirdlərin ifasında şəhidlərə və Vətən müharibəsinə həsr olunmuş şerlər ifa ediblər.

Tədbirin sonunda məktəbin direktoru Mehriban Əzizova tədbir təşkilatçıları və Vətən müharibəsi iştirakçılarına minnətdarlığını ifadə edib.