Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hörmətli valideynlər!

22.04.2022

Masallı rayon Heydər Əliyev Mərkəzində rəsm dərnəyi yenidən öz işinə başlayır. Əgər siz də övladlarınızın öz qeyri-adi fantaziyalarının kağız (kətan) üzərində əks etdirmələrinin arzusundasınızsa, Masallı rayon Heydər Əliyev Mərkəzində 5-12 yaşarası uşaqlar üçün nəzərdə tutulmuş rəsm dərnəyinə müraciət edə bilərsiniz. Burada övladlarınız üçün rəsm üzrə bacarıqların inkişafına şəraitin yaradılması ilə yanaşı, uşaqların özlərinin bir çox fərqli xüsusiyyətlərini kəşf etmələri imkanı da yaradılacaq. 

Dərslərin keyfiyyətinə zəmanət olaraq, şagirdlərə ödənişsiz sınaq dərslərində iştirak etməyi tövsiyə edirik. 

Sınaq dərslərinə yazılmaq üçün @masalli_merkez_heyderaliyev "İnstagram" səhifəsinin mesaj qutusuna yaza və ya aşağıda qeyd olunan mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17; 
"İnstagram": @masalli_merkez_heyderaliyev;
Mobil tel.: (+994 70) 330-00-66.