Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayon Privolnoye kənd kitabxana filialında ”Şahmat saatı” təşkil olunub

21.04.2022

Aprelin 21-də Cəlilabad rayon Privolnoye kənd kitabxana filialında məktəblilərin iştirakı ilə "Şahmat saatı" təşkil olunub.

Kitabxanaçı Şəfəq Məmmədova məlumatda qeyd edib: "Şahmat mücərrəd strategiya oyunudur və heç bir gizli məlumatı özündə əks etdirmir. 8 sıra 8 sütun olmaqla sıra ilə düzülmüş 64 ağ və qara kvadratdan ibarət kvadrat şahmat lövhəsində oynanılır. Oyunun debütündə hər bir oyunçu (onlardan biri ağ fiqurları, digəri isə qara fiqurları idarə edir) 16 daşı idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa, mat olur".