Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa İli” çərçivəsində tədbir keçirilib

20.04.2022

Aprelin 20-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının birgə əməkdaşlığı ilə “Şuşa Qarabağın döyünən qəlbi” mövzusunda tədbir keçirilib. Tədbirdə Muzeyin əməkdaşları, hakim partiya fəalları, Masallı rayon Mərkəzi Kitabxanasının işçiləri, Masallı Regional "ASAN xidmət" mərkəzinin nümayəndələri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

İlk öncə, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışında Şuşa şəhəri və tanınmış şəxsiyyətlərinin Azərbaycan mədəniyyətinə bəxş etdikləri töhfələrdən geniş danışıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində Qarabağda mədəniyyətin inkişafına çox böyük diqqət və qayğı göstərilmişdir. Qeyd edilib ki, Qarabağın tarixini, mədəniyyətini, iqtisadiyyatını mükəmməl bilən ulu öndər sözügedən məsələlərə fəaliyyəti zamanı həssaslıqla yanaşmışdır. 

Sonra Muzeyin əməkdaşı Çingiz Qurbanov Şuşanın tarixi və mədəniyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.

Daha sonra YAP Masallı rayon təşkilatının fəallarından Cəlal Əliyev və Muzeyin elmi işçisi Dilgüşə Məmmədova çıxış ediblər. Çıxışçılar tarixi-mədəni əhəmiyyəti ilə Azərbaycan xalqı üçün müstəsna dəyərə malik olan Şuşa şəhərinin mədəniyyət tariximizdəki yeri barədə danışıblar. 

44 günlük Vətən müharibəsi iştirakçısı Tapdıq Sadıqov isə döyüşlər zamanı şahidi olduğu hadisələri tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra döyüşdə göstərdikləri fədakarlıqlara görə Vətən müharibəsi iştirakçılarına Muzeyin "Fəxri Fərman"ı təqdim olunub.
 
Tədbirin sonunda xatirə fotoları çəkilib.