Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa tarixi abidələr məkanı“ adlı tədbir keçirilib

19.04.2022

Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin və Yardımlı şəhər 4 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa tarixi abidələr məkanı“ adlı tədbir təşkil olunub.

Giriş sözü ilə çıxış edən Muzeyin baş fond mühafizi İlqar Həsənov tədbir iştirakçılarına “Şuşa İli“ ilə bağlı Muzeydə təşkil edilən silsilə tədbir və sərgilər barədə məlumat verilib. O, bildirib ki, 1752-ci ildə Qarabağ hakimi Pənahəli xan tərəfindən əsası qoyulmuş və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb. 

Sonra Muzeyin digər əməkdaşları Əlisəfa Əhmədoğlu və Amil Xamiyev və adı qeyd olunan orta məktəbin müəllimləri Şamxal Xamiyev və Elçin Cəbiyev çıxışlarında erməni vandalları tərəfindən dağıdılmış abidələr haqqında, o cümlədən işğaldan azad edildikdən sonra ölkə başçısı İlham Əliyevin göstərişləri ilə Şuşa şəhərində bərpa və yenidənqurma işlərinin aparılmasından söhbət açıblar.

Tədbirin sonunda məktəblilər üçün ekskursiya təşkil olunub.