Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində maarifləndirici tədbir keçirilib

18.04.2022

Masallı Tarix-Diyarşünaslıq Muzeyində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva tədbirdə iştirak edən yeniyetmələrə narkomaniya və digər zərərli vərdişlərin cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlardan danışıb. Həmçinin, həyatımıza mənfi təsirləri ola biləcək amillərdən qorunmağın üsullarından söz açıb.

Muzeyin elmi işçisi Dilgüşə Məmmədova da öz növbəsində gənclərə təhsil almağa və elmi biliklərə yiyələnməyə çağırıb, eyni zamanda sözügedən sosial bəlaya qarşı mübarizə yolları barədə zəruri tövsiyələr verib.