Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər üçün növbəti ekskursiya aparılıb

18.04.2022

Masallı Tarix Diyarşünaslıq Muzeyində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə “Biz öyrənirik” adlı ekskursiya keçirilib. Ekskursiyada Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər. 

Muzeyin elmi işçisi Dilgüşə Məmmədova məktəblilərə bölgənin tarixi, mədəni dəyərləri və qəhrəmanları, eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsiyyəti və Azərbaycan siyasətindəki rolu haqda geniş məlumatlar verib.

Həmçinin, şagirdlər “Şuşa İli” ilə bağlı Muzeydə yaradılmış guşədə fotoşəkillərlə tanış olaraq Şuşa şəhəri, onun Azərbaycan mədəniyyətindəki yeri barədə geniş biliklər əldə ediblər.