Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hər abidə bir tarixdir” - Cəlilabadda tədbir

18.04.2022

Aprelin 18-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində tarixçi, pedaqoq Ələsgər Mirzəzadə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı tələbələrinin iştirakı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar "Hər abidə bir tarixdir" adlı tədbir keçirilib.

Əvvəlcə, tələbələr üçün Muzeydə ekskursiya aparılıb.

Sonra tarixçi Ələsgər Mirzəzadə tələbələrə eksponatların aid olduğu tarixi dövr, materialı, hazırlanma texnikası, tapıldığı bölgələr haqda geniş məlumat verib.