Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan musiqisinin məbədi - Şuşa”

16.04.2022

Aprelin 16-da Cəlilabad rayon Sabirabad kənd klubunda 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar "Azərbaycan musiqisinin məbədi - Şuşa" adlı tədbir keçirilib. Tədbirdə Sabirabad kənd klubunun və kitabxana filialının əməkdaşları, Nizami Məmmədov adına Sabirabad kənd tam orta məktəbinin şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova qeyd edib: "Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz bir məkandır. Şuşa sevgisi hər bir Azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçasıdır. Şuşa eyni zamanda Azərbaycanın musiqi məbədidir. Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Zülfüqar Hacıbəyov, Niyazi, Əfrisiyab Bədəlbəyli, Süleyman Ələsgərov, müğənnilər Bülbül, Xan Şuşinski, Arif Babayev, Rəşid Behbudov kimi sənətkarlar öz gənclik illərini Şuşada - "Qız qayasın"da, "Üç mıx"da, "Cıdır düzü"ndə, "Çanaqqala"da keçirmişlər".

Sonra Sabirabad kənd kitabxana filialının kitabxanaçısı Heyran Abasova əlavə edib: "Bənzərsiz tarixi görkəmini və formalaşdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər mədəniyyət salnaməmizə əlamətdar səhifələr yazmışdır".