Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Seyid Şuşinskinin 133 illiyi ilə əlaqədar tədbir keçirilib

15.04.2022

Aprelin 15-də Masallı rayon Mərkəzi Kitabxanasında muğam ustadı Seyid Şuşinskinin anadan olmasının 133 illiyi ilə əlaqədar tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi olan Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Mir Möhsün Nəvvabın yanında oxuyub. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olub. C.Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırıb. O, qeyd edib ki, S. Şuşinskinin professional səhnədə ilk çıxışı 1908-ci ildə şuşalılar qarşısında “Yay klub”unda olub.

Kitabxananın digər əməkdaşı Yeganə Hüseynova Seyid Şuşinskinin həyat və yaradıcılğı haqqında məlumat verərək diqqətə çatdırıb ki, S. Şuşinski 12 aprel 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olub. Tədqiqatçı Firudin Şuşinski onu “İkinci xanəndə" adlandırıb (“Birinci xanəndə” – Cabbar Qaryağdıoğlu). Musiqiçilərin hörmətlə “Ağa” deyə üz tutduğu S.Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olduğundan, “Ağa” müraciəti də bu addan götürülüb. O, vurğulayıb ki, S. Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəlləri ilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Məşhur xanəndə “Cahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Mani”, “Arazbarı”, ”Heyratı” kimi muğamların gözəl ifaçısı idi. Seyid Şuşinski 1 oktyabr 1965-ci ildə 76 yaşında dünyasını dəyişib.