25.05.2018
Mayın 25-da Cəlilabad Rayon Heydər Əliyev Mərkəzinin həyətində Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Masallı Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bayram konsrti keçirildi. Tədbirdə rayonun rəhbər işçiləri, təhsil, səhiyyə, idarə və müəssisə nümayəndələri və Cəlilabad sakinləri iştirak edirdii. Konsertdə Bakıdan dəvət almış ifaçılarla bərabər Masallı Mədəniyyət Mərkəzinin incəsənət nümayəndələri ulu öndərə həsr olunmuş musiqi nömrələri və Azərbaycanımızı tərənnüm edən rəngarəng musiqi proqramı ilə tamaşaçılarda yüksək əhval-ruhiyyə yaratdılar.