Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan alverinə yox deyək” - Cəlilabadda maarifləndirici tədbir

15.04.2022

Aprelin 15-də Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzi ilə birgə təşkilatçılığı ilə Cəlilabad Rayon Tibb Kollecində "İnsan alverinə yox deyək" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Ombudsman Regional Mərkəzinin direktoru Ziya İsmayılov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Elnur Atakişiyev və Kitabxananın baş biblioqrafı Əyyar Bağırov iştirak ediblər.

Hüquq müdafiəçisi Z.İsmayılov təqdimatla çıxış edərək insan alverinin sosial-iqtisadi və psixoloji-mental səbəbləri barədə Tibb Kollecinin tələbələrinə geniş məlumatlar verib.

Həmçinin, tədbirdə E.Hüseynov, E.Atakişiyev və Ə.Bağırovda mövzu ilə bağlı çıxışlar edib, problemin səbəbləri və həlli yolları ətrafında geniş fikir mübadiləsi aparıblar.