Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarix yazan şəhidimiz”

14.04.2022

Aprelin 14-də Cəlilabad rayon Ləzran kənd kitabxana filialı şəhid baş leytenant Asif Kərimova hərs olunmuş "Tarix yazan şəhidimiz" adlı tədbir keçirilib. Tədbirdə adıçəkilən kənd məktəbinin şagirdləri iştirak ediblər.

Kitabxanaçı Şəhri Rzayev bildirib: "Vətən fədakarı Kərimov Asif Məmməd oğlu 1989-cu il martın 25-i Cəlilabad rayonunun Ləzran kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Asif Kərimov 2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mübarizlik göstərmiş, noyabrın 3-də Şuşa döyüşlərində şəhidlik zirvəsinə ucalmışdır".