Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda istedadlı yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi keçirilib

15.04.2022

Aprelin 15-də Cəlilabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar "Xarıbülbül - Ordumuzun Zəfər simvolu" adlı asfalt üzərində rəsm müsabiqəsi təşkil edilib. Müsabiqədə istedadlı yeniyetmə və gənclər iştirak edib. 

Müsabiqədə rəsm işlərini Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Elnur Atakişiyev, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin direktoru Ziya İsmayılov və Cəlilabad Dövlət Rəsm Qalereyasının direktoru Elçin Nəzərovdan ibarət münsiflər heyəti qiymətləndirib.

Müsabiqədə aşağıda adları verilmiş iştirakçılar qalib adına layiq görülüblər:

I yer:

Əsədli Zeynəb Zakir qızı ("Dəmir Yumruq" rəsm işinə görə);

II yer:

Məmmədzadə Rüqəyya Ramil qızı ("Şuşa qalası" rəsm işinə görə);

III yer:

İbayeva Nuray Xəyyam qızı ("Lələtəpə" rəsm işinə görə). 

Qaliblərə və digər iştirakçılara həvəsləndirici mükafatlar təqdim olunub.