Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Asan Həyat Kompleksində ”Sevdiyim” adlı konser keçirildi

15.05.2018

Mayın 15-də Masallı Asan Həyat Kompleksində ulu öndər Heydər Əliyevin 95 və Cumhuriyyətimizin 100 illiyinə həsr olunmuş bayram konserti keçirildi. Tədbirdə rayon rəhbərliyi ilə bərabər Masallı sakinləri də iştirak edirdi. Giriş sözü ilə tədbiri açıq elan edən tanınmış aparıcı Emin Musəvi tamaşaçıları bayram münasibəti ilə təbrik edərək sözü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verdi. Rayonun rəhbəri öz çıxışında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Cumhuriyyətin bizə verdiyi önəmdən bəhs etdi. Masallı uşaq kollektivi, "Halay" folklor rəqs qrupunun çıxışlarından sonra bəstəkarı Tünzalə Ağayeva olan "Sevdiyim" adlı qisa metrajlı film nümayiş olundu. Daha sonra əməkdar artist Tünzalə Ağayeva möhtəşəm konsert proqramı ilə tədbiri davam etdirdi.