Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndəri Heydər Əliyevin həyatı və yürütdüyü siyasət

07.05.2018

7 May 2018-ci il tarixdə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95 -ci ildönümü münasibəti ilə möhtəşəm tədbir keçirildi. Ənənəyə sadiq qalaraq bu il də rayon məktəbləri arasında keçirilən "Ulu Öndəri Heydər Əliyevin həyatı və yürütdüyü siyasət" mövzusunda imtahan müsabiqədə şagirdlərin göstərdiyi fəallıq və yüksək nəticələr iştirakçıları bir daha heyran qoydu və Ulu Öndərimizin gənc nəsilə verdiyi önəmin, qayğının boşa getmədiyini sübut etdi. Uzaqgörən dahi və əvəzolunmaz şəxsiyyət Heydər Əliyev bir millətin gələcəyinin hər daim onun gənclərinin əlində olduğunu bütün çıxışlarında vurğulayırdı. Elə bunun nəticəsi idi ki, imtahan -müsabiqədə 7 nəfər şagird yüz faiz nəticə göstərmişdir. Tədbirdə yüksək nəticə göstərən şagirdlərimiz cənab başçımız tərəfindən şəxsən mükafatlandırılmışdır. Tədbirin keçirilməsində şagirdlərə həmişə dəstək olan cənab başçı Namiq Zeynalova xususi minnətdarlıq bildirildi.
        Texno Tədris Mərkəzinin xususi peşakərlıqla hazırladığı imtahan suallarında şagirdlər heç də çətinlik çəkməmiş, çünki daha öncədən çox diqqətlə hazırlaşmışlar.