Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Molla Nəsrəddin - 116!”

07.04.2022

Aprelin 7-də Cəlilabad rayon Şorbaçı kənd kitabxana filialında dövrün ən maraqlı jurnalı "Molla Nəsrəddin - 116!" adlı tədbir keçirilib.

Kitabxanaçı Rahib Museyibov məlumat verərək bildirib: "Molla Nəsrəddin jurnalı ilk dəfə 1906-cı il aprelin 7-də Tiflisdə nəşrə başlamışdır və fasilələrlə 25 il çap olunmuşdur. Əvvəlcə, Tiflisdə, az bir müddətdə Təbrizdə, sonra isə Bakıda fəaliyyət göstərən jurnal həftədə bir dəfə 8 səhifə həcmində nəşr olunmuşdur. Jurnalın redaktoru böyük ədib, görkəmli satirik Cəlil Məmmədquluzadə jurnal vasitəsilə cəmiyyətdəki kəsrləri açıb göstərərək xalqın ictimai siyasi şüurunu formalaşdırmaq və mədəni xalqlar sırasına çıxarmaq istəmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə "Molla Nəsrəddin" jurnalı yenidən çap olunmuşdur".

Sonra məktəblilərlə Molla Nəsrəddin jurnalından lətifələri danışılıb.