Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ulu öndərin anadan olmasının 95 illiyi qeyd olundu

10.05.2018

Mayın 10 –da Yardımlı rayon Tarix – Diyarşünaslıq muzeyinin qarşısında Ümummilli Lider H.Əliyevin anadan olmasının 95 – ci ildönümü və “Gül bayramı” ilə əlaqədar təntənəli bayram tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti aparatı və idarə müəssisələrin işçiləri iştirak etdilər.

    Ümummilli Liderə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi, kitab sərgisi, dibçək güllərinin sərgisi  və toxuculuq sənətinin nümayişi təşkil edildi. Texniki vasitələrlə tədbirə uyğun olan musiqilər səsləndirildi. Rayonumuzda fəaliyyət göstərən şahmat məktəbinin şagirdləri, taekvando  və digər idman növləri üzrə çıxışlara baxış oldu. Rayon sakini pəhlivan Əbilov Şamilin  göstərdiyi nömrələr diqqət mərkəzində oldu.

Tədbiri rayon Mədəniyyət Mərkəzi və İdman Gənclər idarəsinin birgə hazırladıqları azyaşlı qızların rəqsi və onların ifasında söylənilən şeir və mahılar daha da maraqlı etdi.