Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Əsrin bəlası - narkomaniyaya yox deyək!” adlı tədbir

06.04.2022

Aprelin 6-da Alar kənd Mədəniyyət Evi və Heydər Əliyev adına Alar kənd 1 saylı tam orta məktəbi kollektivinin təşkilatçılığı ilə adıçəkilən orta məktəbdə "Əsrin bəlası - narkomaniyaya yox deyək!" adlı tədbir təşkil olunub. Tədbirdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, rayon İcra Hakimiyyətinin şöbə müdiri, rayon Təhsil Şöbəsinin müdiri, Alar kənd inzibati ərazi nümayəndəsi, sözügedən kəndin Mədəniyyət Evinin və məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Narkomaniyanın bir xəstəlik olduğu və bununla mübarizədə maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Bu problemin həllində əsas addımların yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirmək olduğu vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.