Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin Fond-satınalma komissiyasının iclası keçirilib

05.04.2022

5 aprel tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyinin Fond-satınalma komissiyasının cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclası keçirilib.

Əvvəlcə, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda gündəlikdə duran iki vacib məsələ müzakirə edilib. Belə ki, cari ilin ilk üç ayı (yanvar, fevral, mart) ərzində Muzeydə toplanmış yeni əşyaların fonda daxil edilməsi və fondda mövcud olan eksponatların hazırkı texniki vəziyyəti, həmçinin bərpaya ehtiyacı olan eksponatlarla bağlı görüləcək elmi bərpa işləri üzvlərin müzakirəsinə çıxarılıb. 

Qeyd olunan məsələlər ətrafında aparılmış müzakirələrdən sonra müvafiq qaydalara və komissiya üzvlərinin təkliflərinə əsasən, Fond-satınalma komissiyasının yekun Qərarı qəbul edilərək, komissiyanın sədri Əntiqə Tağıyeva tərəfindən təsdiq edilib.