Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayon Heydər Əliyev Mərkəzində ”Hünər səhifəsi” adlı tədbir keçirilib

05.04.2022

Aprelin 5-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunan "Hünər səhifəsi" adlı tədbir təşkil olunub. Tədbir Mərkəzin kollektivinin, GİKM-in əməkdaşı və gənclərin iştirakı ilə baş tutub. 

Əvvəlcə, Vətən uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə Mərkəzin əməkdaşı Aqil Ağayev açaraq, Aprel döyüşlərinin tarixi, başvermə səbəbləri, həmçinin bu qısa müddətli müharibədə Azərbaycan əsgərinin göstərdiyi şücaət və qətiyyətdən ətraflı şəkildə danışıb. A. Ağayev həmçinin, general Polad Həşimovun şəhid olduğu İyul döyüşləri və ən nəhayət Azərbaycan dövlətinin qələbəsi ilə sona çatan Vətən müharibəsindən bəhs edib.

Sonra GİKM-in əməkdaşı Səfail İbişli mövzu ilə bağlı fikirlərini ifadə edib. O, həmçinin qeyd edib ki, ardıcıllıqla baş verən bu müharibələr Azərbaycan gəncliyinin vətənpərvərliyinin təcəssümüdür.

Sonda Aprel döyüşlərinə həsr olunmuş sənədli film izlənilib.