Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa İli” çərçivəsində növbəti tədbir keçirilib

04.04.2022

Aprelin 4-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Şuşa İli” çərçivəsində “Şuşa söhbətləri” adlı tədbir keçirilib. Tədbir rayonun Binə-Xocavar kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə keçib.

İlk öncə, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru Əntiqə Tağıyeva Şuşa şəhərinin əsasının qoyulması, tarixi, mədəni mühiti və görkəmli memarlıq abidələri haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verib.

Sonra şagirdlər Muzeyin ekspozisiya zallarında sərgilənən eksponatlara baxıblar. Muzey əməkdaşları bölgəmizin tarixi, qədim adət-ənənələri barədə şagirdlərə maraqlı məlumatlar verib, onları Vətən uğrunda canını fəda etmiş oğulların əşyalarından qurulmuş guşələrlə tanış ediblər.